XİN başçısı: “Azərbaycan hər zaman Bosniya və Herseqovinanın ərazi bütövlüyünü dəstəkləyib”

Bisera Turkoviç

© APA | Bisera Turkoviç

# 23 dekabr 2021 13:38 (UTC +04:00)

Biz ölkələrimizdə, regionlarımızda olan vəziyyəti müzakirə etdik.

APA-nın xəbərinə görə, bu barədə Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Bisera Turkoviç azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

O deyib ki, ölkəsindəki siyasi böhran barədə Azərbaycan XİN başçısını məlumatlandırıb: “Bu gün Avropa İttifaqının üzvlüyünə namizədliyimiz var. Ancaq bizim ölkəmizdə bəzi qurumlar dövlət institutlarının fəaliyyətində, həmçinin Qərbi Balkanlarda problemlər yaratmaq istəyir. İnanıram ki, bu, dağıdıcı fəaliyyətin qarşısını alınacaq”.

XİN başçısı vurğulayıb ki, C. Bayramovla görüşdə Qarabağı da müzakirə ediblər: “Burada müharibə meydanı əvəzinə, tikintiləri, yenidənqurmanı görmək çox xoşdur”.

Bisera Turkoviç qeyd edib ki, hər iki ölkə qarşılıqlı şəkildə daima bir-birlərinin ərazi bütövlüyünə dəstək ifadə ediblər.

“Azərbaycan hər zaman Bosniya və Herseqovinanın ərazi bütövlüyü dəstəkləyib”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR