XİN başçısı: “Azərbaycan İsraillə münasibətlərin inkişafında maraqlıdır"

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 27 dekabr 2021 12:26 (UTC +04:00)

“İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir, əməkdaşlıq gündəliyimiz genişdir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında Azərbaycanın İsraildə səfirlik açıb-açmayacağı barədə suala münasibət bildirərkən söyləyib.

Nazir qeyd edib ki, İsraildə Azərbaycan dövlətinin müvafiq qurumlarının bölmələri – turizm sahəsində müvafiq qurum və ticarət nümayəndəliyi fəaliyyətdədir: “Azərbaycan və İsrail arasında hərbi əməkdaşlıq mövcuddur. Dostluq münasibətləri və əməkdaşlığın inkişaf etməsində maraqlayıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR