XİN başçısı: İsveçrə Azərbaycan-Ermənistan sülh prosesinə töhfə verməyə hazırdır

XİN başçısı: İsveçrə Azərbaycan-Ermənistan sülh prosesinə töhfə verməyə hazırdır
# 02 dekabr 2022 15:20 (UTC +04:00)

Xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Livia Leu ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və İsveçrə arasında ikitərəfli münasibətlərin gündəliyinə daxil olan məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələlərinə dair müzakirə aparılıb.

Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin elementləri üzrə aparılan ikitərəfli danışıqlar və bundan irəli gələn məsələlər, kommunikasiyaların açılması və delimitasiya prosesi üzrə cari vəziyyət, habelə azad edilmiş ərazilərdə Azərbaycan hökuməti tərəfindən görülən işlər, o cümlədən ərazilərimizdə mina təhlükəsi barədə ətraflı məlumat verib.

Öz növbəsində dövlət katibi Livia Leu sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyət daşıdığını, İsveçrənin Azərbaycanla Ermənistan arasında sülh prosesinə bundan sonra da töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı, həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR