Ceyhun Bayramov: Peşəkar və vətənpərvər kadr ehtiyatının gücləndirilməsi zəruridir

Ceyhun Bayramov: Peşəkar və vətənpərvər kadr ehtiyatının gücləndirilməsi zəruridir
# 08 fevral 2023 18:01 (UTC +04:00)

Xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclasında dünya dövlətləri ilə həm ikitərəfli formatlarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində görülmüş aktiv işlərin, ölkəmiz tərəfindən irəlilədilən beynəlxalq və regional təşəbbüslər və platformaların əhəmiyyət daşıdığını vurğulayıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə ardıcıl, sistemli və səmərəli şəkildə çatdırılması, bu istiqamətdə xaricdəki diplomatik nümayəndəliklərimizin fəaliyyətinin daha da canlandırılmasının əhəmiyyəti qeyd olunub.

Nazir bu vəzifələrin icrası məqsədilə peşəkar və vətənpərvər kadr ehtiyatının gücləndirilməsinin zəruri olduğunu bildirib. 2022-ci il ərzində müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın namizədliklərinin müvafiq vəzifələrə seçilməsi üzrə uğurlu kampaniyalar barədə məlumat verilib və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR