XİN başçısının müavini: “İran cinayətkarların arxasında duran, onu təşkil edənləri cəzalandırmalıdır”

Xələf Xələfov

© APA | Xələf Xələfov

# 29 yanvar 2023 21:55 (UTC +04:00)

Cənab Prezident İranda Azərbaycan səfirliyinə silahlı hücumu terror aktı kimi qiymətləndirib və terror aktını pisləyib. Bu, ölkəmizin mövqeyidir.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfov bildirib ki, bu hadisə baş verəndən sonra İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib: “Əlimizdə olan ilkin məlumatlar əsasında Azərbaycan dövlətinin tələblərini İran səfirinin nəzərinə çatdırmışıq. Əsas tələbimiz ondan ibarətdir ki, İran məsuliyyət daşıyan dövlət kimi beynəlxalq öhdəlikləri çərçivəsində baş vermiş terror aktını hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə tədqiq etməlidir, cinayətkarları məsuliyyətə cəlb etməlidir, cinayətkarların arxasında duran, təşkil edən, bu cinayətin törədilməsində əli olan bütün iştirakçıları müəyyən etməlidir və onları ədalət məhkəməsinə cəlb etməklə cəzalandırılmalıdır”.

Firuzə Vahid

Sail Ağasəlim

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR