XİN Bərdənin bombalanması ilə bağlı paylaşım edib: Ermənistanın cəzasızlığına son qoyulmalıdır

XİN Bərdənin bombalanması ilə bağlı paylaşım edib: Ermənistanın cəzasızlığına son qoyulmalıdır
# 27 oktyabr 2022 13:51 (UTC +04:00)

Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı cəzasızlığına son verilməlidir.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" hesabındakı paylaşımında qeyd edilib.

“İki il öncə, 27-28 oktyabr tarixlərində Ermənistan atəşkəsi pozaraq Bərdəni kasetli raketlərlə bombaladı. 2 yaşlı qız da daxil olmaqla 27 nəfəri qətlə yetirən və 70-dən çox adamı yaralayan bu hücum 2020-ci il müharibəsində mülki əhaliyə qarşı ən ölümcül hücum idi. Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı cəzasızlığına son verilməlidir”, - paylaşımda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR