XİN: Bu il Rusiya ilə əməkdaşlığımızın məzmunu kifayət qədər zəngin olub

XİN: Bu il Rusiya ilə əməkdaşlığımızın məzmunu kifayət qədər zəngin olub
# 29 dekabr 2021 11:53 (UTC +04:00)

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərləri (15-16 iyun və 26 oktyabr 2021-ci il), işğaldan azad olunmuş ərazilərimizi ziyarət etməsi, Azərbaycan və Türkiyə prezidentlərinin iki ölkə arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsi imzalaması əlamətdar hadisə olub.

APA-nın xəbərinə görə, bu, Xarici İşlər Nazirliyinin (XİN) 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.

Bildirilib ki, bundan əlavə, il ərzində hər iki dövlətin baş nazirləri, parlament sədrləri, xarici işlər nazirləri, müdafiə nazirləri və digər hökumət rəsmiləri səviyyəsində görüşlər təşkil olunub və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq həyata keçirilib.

“2021-ci ildə də Rusiya Federasiyası ilə əməkdaşlığımızın məzmunu kifayət qədər zəngin olub. Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin 11 yanvar 2021-ci ildə Moskvada və 26 noyabr 2021-ci ildə isə Soçidə üçtərəfli görüşləri keçirilib. İl ərzində Rusiya Federasiyasının Baş nazirinin müavini və xarici işlər naziri ölkəmizə səfər edib. Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclasları və iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclası baş tutub”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR