XIN: Ermənistan Azərbaycanın beynəlxalq qurumlarla əməkdaşlığı və əlaqələrinə müdaxilə cəhdlərini dərhal dayandırmalıdır

XIN:  Ermənistan Azərbaycanın beynəlxalq qurumlarla əməkdaşlığı və əlaqələrinə müdaxilə cəhdlərini dərhal dayandırmalıdır
# 19 mart 2023 17:06 (UTC +04:00)

30 illik işğal dövründə beynəlxalq qurumların işğala son qoymaq çağırışlarına və qərarlarına məhəl qoymayan Ermənistan tərəfi həmçinin 44 günlük müharibədən sonra başlatdığı beynəlxalq qurumları özünün revanşist və ərazi bütövlüyünə zidd siyasətinə alət etmək səylərinə son qoymalı, Azərbaycan Respublikasının beynəlxalq qurumlarla əməkdaşlığı və əlaqələrinə müdaxilə cəhdlərini dərhal dayandırmalıdır.

APA-nın xəbərinə görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına cavabında əksini tapıb.

Qeyd edilib ki, Azərbaycan, Ermənistanın bütün qanunsuz müdaxilə cəhdlərinə, şantaj və təhdid səylərinə baxmayaraq, öz ərazilərinin işğalına son qoyduqdan sonra həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli geri qayıdışını təmin etmək istiqamətində beynəlxalq ictimaiyyət, o cümlədən BMT-nin ixtisaslaşmış təşkilatları ilə əməkdaşlığını davam etdirir: “Ermənistan tərəfinə xatırladırıq ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndə heyəti 2021-ci ilin oktyabr ayında işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən Suqovuşan qəsəbəsində Ermənistanın törətdiyi genişmiqyaslı dağıntılar ilə yerində tanış olub. Ermənistanın vandallıqlarından fərqli olaraq, Azərbaycan apardığı bərpa və yenidənqurma işləri ilə sübut edir ki, bölgənin sahibləri geri dönüb və bu ərazilərdə növbəti təcavüzə cəhdlərin qarşısı alınacaq. Beynəlxalq təşkilatların Azərbaycan Respublikası ərazisində fəaliyyəti də məhz Azərbaycanın qanunvericiliyi çərçivəsində davam edəcək və Azərbaycanın daxili işlərinə müdaxiləyə heç zaman imkan verilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR