XİN: Ermənistanın 1975-ci il xəritəsinə istinad edilməsini təkid etməsi əvəzinə, delimitasiya işinə başlaması faydalı olardı

XİN: Ermənistanın 1975-ci il xəritəsinə istinad edilməsini təkid etməsi əvəzinə, delimitasiya işinə başlaması faydalı olardı
# 05 iyun 2023 09:14 (UTC +04:00)

Azərbaycanın indiyə qədər bəzi qonşuları ilə həyata keçirdiyi delimitasiya prosesi xüsusi olaraq seçilmiş xəritə əsasında deyil, bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında həyata keçirilib.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İctimai Televiziyaya müsahibəsinə şərhdə bildirilib.

“Bu təcrübənin Ermənistanla da tətbiq edilməsi mümkündür. Bu xüsusda, Ermənistan tərəfinin 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməsi əvəzinə, delimitasiya işinə başlaması daha faydalı olardı. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin də məhz Ermənistan olduğu unudulmamalıdır”, - şərhdə vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR