XİN: Hələ də Qarabağda yaşayan ermənilər arasında separatizmi qızışdırmaqdan, bu ərazilərə qanunsuz silah-sursat daşımaqdan əl çəkmirlər

XİN: Hələ də Qarabağda yaşayan ermənilər arasında separatizmi qızışdırmaqdan, bu ərazilərə qanunsuz silah-sursat daşımaqdan əl çəkmirlər
# 28 mart 2023 21:01 (UTC +04:00)

"Gərginlik yaratmaq, təxribat törətmək, Qarabağda yaşayan ermənilər arasında separatizmi qızışdırmaq, bu ərazilərə qanunsuz olaraq silah-sursat daşımaq, bu ərazilərdən çıxarılmalı olan qanunsuz hərbi birləşmələri gücləndirmək kimi pozucu fəaliyyətlərindən hələ də əl çəkmirlər".

APA xəbər ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Yunanıstanın Milli Günü münasibətilə tədbirdə çıxışı zamanı deyib.

"Bütün bunların bircə cavabı var: Ermənistan 44 günlük müharibənin nəticələrindən irəli gələn öhdəliklərə əməl edəcək.

Ümid edirik ki, qonşumuz Ermənistan bütün deyilənlərdən, Azərbaycanın və bütün beynəlxalq ictimaiyyətin sülhün bərqərar olması üçün, problemlərin tez bir zamanda həlli üçün, sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası və bütün kommunikasiyaların açılması kimi münasibətlərin normallaşdırılması istiqamətində göstərdiyi səylərdən düzgün nəticə çıxaracaq", - Xələf Xələfov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR