XİN: Kişinyovda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması planlaşdırılmır

XİN: Kişinyovda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması planlaşdırılmır
# 26 may 2023 18:40 (UTC +04:00)

İrəvan və Bakı arasında sülh sazişinin imzalanması Kişinyov danışıqlarının gündəliyində deyil.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirliyin mətbuat katibi Ani Badalyan münasibətlərin normallaşdırılması və “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişlə bağlı müzakirələrin davam etdiyini bildirib.

Kişinyovda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının planlaşdırılmadığını vurğulayan Badalyan qeyd edib ki, Ermənistan tərəfi bütün fundamental məsələlər aydınlaşdıqdan sonra sənədi imzalamağa hazır olacaq.

O da vurğulanıb ki, həmin sənədlərin razılaşdırılması iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda, eləcə də Avropa Siyasi Birliyinin iclasından sonra davam etdiriləcək.

Xatırladaq ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisdə bir qrup jurnalistə açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində sülh sazişi imzalaya bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR