XİN: Qazaxıstan sülhməramlılarını Azərbaycan-Ermənistan sərhədinə göndərməyəcək

XİN: Qazaxıstan sülhməramlılarını Azərbaycan-Ermənistan sərhədinə göndərməyəcək
# 14 sentyabr 2022 10:12 (UTC +04:00)

Qazaxıstan sülhməramlılarının Azərbaycan-Ermənistan sərhədinə göndərilməsi məsələsi gündəlikdə yoxdur.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi açıqlama verib.

Onun sözlərinə görə, ilk addım Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya komissiyasının işinin bərpa edilməsidir.

“Biz quru sərhədlərimizi və dəniz sərhədlərimizi tam demarkasiya etdiyimiz üçün öz təcrübəmizi tərəflərlə bölüşə bilərik. Demarkasiya Rusiya istisna olmaqla, bütün qonşularımızla yekunlaşıb. Rusiya ilə demarkasiya yəqin ki, daha 2-3 il vaxt aparacaq”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR