XİN rəhbəri: Azərbaycan Ermənistanla normallaşma prosesində Rusiyanın rolunu yüksək qiymətləndirir

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 05 dekabr 2022 15:23 (UTC +04:00)

Azərbaycan Ermənistanla münasibətlərin normallaşması prosesində Rusiyanın rolunu yüksək qiymətləndirir.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Nazir Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatlarını tam icrasının vacibliyini bildirib və əlavə edib ki, Ermənistan hələ də üçtərəfli bəyanatları tam icra etmir.

XİN rəhbəri qanunsuz erməni hərbi birləşmələrin Azərbaycan ərazilərindən çıxarılmadığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR