XİN rəhbəri Ermənistanla sülh danışıqları ilə bağlı son vəziyyəti açıqlayıb - VİDEO

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 07 iyul 2022 11:45 (UTC +04:00)

Sülh danışıqlarını proses olaraq mərhələlərə bölməliyik.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanla Ermənistan 30 ilə yaxın müharibə şəraitində olub, 2020-ci ildə hərbi təxribatlar törədilib və Azərbaycan tərəfi buna müvafiq cavab verib:

“Növbəti mərhələ isə gələcəyə baxışdır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bununla bağlı çağırış edilib. Dağıntılara, törədilənlərə baxmayaraq, Prezident Azərbaycanın sülh prosesi üzərində işləməyə hazır olduğunu bəyan edib”.

XİN rəhbəri xatırladıb ki, Ermənistan tərəfindən Azərbaycanın təqdim etdiyi baza prinsiplərində onlar üçün qəbul olunmaz məqamların olmadığı ifadə olunub: “Böyük irəliləyişin olduğunu deməzdim, amma diskussiyalar ətrafında mesajlar, fikirlər var. Təbii ki, bu, birtərəfli deyil. Ermənistan tərəfində hələ də revanşist fikirlər səsləndirənlər var, ancaq fərqli fikirlər də mövcuddur. Hər kəs anlamalıdır ki davamlı sülh və inkişaf üçün başqa alternativ yoxdur. Ümid edirik ki, Ermənistanıb siyasi rəhbərliyi, vacib fiqurlar reallıqları anlayacaqlar”.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, beynəlxalq hüququn prinsiplərinə riayət etmək vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR