XİN rəhbəri: İndiyə qədər Laçın yolundan 2000-ə yaxın avtomobil istifadə edib

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 06 fevral 2023 19:35 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, 6 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa regionu üzrə Dövlət naziri Leo Dokerti ilə telefon danışığı baş tutub.

APA xəbər verir ki, Ceyhun Bayramov, Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə qarşı tərəfə məlumat verib.

Qeyri-qanuni iqtisadi fəaliyyətə, Laçın yolunun sui-istifadəsinə qarşı həyata keçirilən etirazların Azərbaycan xalqının legitim hüququ olduğunu, blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığı, humanitar yüklərin daşındığı və indiyə qədər yoldan 2000-ə yaxın avtomobilin istifadə etdiyi diqqətə çatdırılıb.

Aləmdə Nəsib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR