XİN rəhbərinin müavini: Niderland Azərbaycan və Ermənistanın müzakirə masasına qayıtmasında vacib rol oynaya bilər

XİN rəhbərinin müavini: Niderland Azərbaycan və Ermənistanın müzakirə masasına qayıtmasında vacib rol oynaya bilər
# 01 fevral 2023 19:34 (UTC +04:00)

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa Parlamentinin Nirderlanddan olan üzvü Sjoerd Wiemer Sjoerdsma ilə görüşüb.

APA xəbər verir ki, Elnur Məmmədov bu barədə “Twitter” hesabındakı paylaşımında qeyd edib. Bildirib ki, Niderland Azərbaycan və Ermənistanın müzakirə masasına qayıtmasında vacib rol oynaya bilər.

“Sjoerd Wiemer Sjoerdsma ilə yaxşı görüşüm oldu. Ona regionumuzdakı vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı məlumat verdim. Avropa İttifaqı və Niderland Azərbaycan və Ermənistanın müzakirə masasına qayıtmasında vacib rol oynaya bilər”, - deyə nazir müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR