XİN Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı məlumat yayıb

XİN Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı məlumat yayıb
# 30 yanvar 2023 00:23 (UTC +04:00)

29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyyəsi başa çatıb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində paylaşım edilib.

"Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!", - deyə bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR