XİN sözçüsü: "İran indiki məqamda tutarlı tədbirlər görmək niyyətində deyil”

XİN sözçüsü: "İran indiki məqamda tutarlı tədbirlər görmək niyyətində deyil”
# 06 fevral 2023 15:58 (UTC +04:00)

"İran tərəfdən səfirliyimizə hücumla bağlı qənaətbəxş tədbirlər görülmədiyi təqdirdə, hansı addımların atılacağı barədə hazırda hər hansısa bir məlumat verə bilmərəm".

APA xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuat brifinqində deyib.

O bildirib ki, bu, rəhbərliyin qərarından asılı olacaq.

"Hadisədən sonra İran polisinin fəaliyyəti onu göstərir ki, İran tərəfi indiki məqamda tutarlı tədbirlər görmək niyyətində deyil".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR