XİN: Tbilisidə Azərbaycan və Ermənistan liderlərinin planlaşdırılan görüşünə necə maneçilik törədildiyi Mirzoyana yaxşı məlumdur

XİN: Tbilisidə Azərbaycan və Ermənistan liderlərinin planlaşdırılan görüşünə necə maneçilik törədildiyi Mirzoyana yaxşı məlumdur
# 21 yanvar 2023 20:40 (UTC +04:00)

Tbilisidə Azərbaycan və Ermənistan liderləri arasında planlaşdırılan görüşə bütün səylərlə necə maneçilik törədildiyi Mirzoyana yaxşı məlumdur.

APA-nın xəbərinə görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualına cavabında bildirib.

"Bununla yanaşı, Tbilisidə Azərbaycan və Ermənistan liderləri arasında planlaşdırılan görüşə bütün səylərlə necə maneçilik törədildiyi, Azərbaycanın konstruktivlik göstərərək belə bir mümkün görüşün bəyanat layihəsinə dekabr ayının əvvəlindən təqdim etdiyi təkliflərinə Ermənistan tərəfindən hələ də cavab verilmədiyi xarici işlər naziri Mirzoyana yaxşı məlumdur", - deyə Ayxan Hacızadə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR