XİN: Terror aktı baş verərkən İran polisinin avtomobili səfirliyin yanına gəlsə də, sonra ərazidən uzaqlaşıb

XİN: Terror aktı baş verərkən İran polisinin avtomobili səfirliyin yanına gəlsə də, sonra ərazidən uzaqlaşıb
# 06 fevral 2023 15:22 (UTC +04:00)

Terrorçu cinayəti törətməzdən əvvəl avtomobili ilə iki dəfə səfirliyin qarşısından keçib.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirdiyi brifinqdə bildirib.

“08:34-də İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yanındakı polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb. Terrorçu 4 dəqiqə ərzində, yəni 08:36-ya qədər səfirliyin bir əməkdaşını qətlə yetirib, iki əməkdaşını yaralanıb”.

Ayxan Hacızadə Vasif Tağıyevin terrorçunun əlindən avtomatı aldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, lakin bu dəfə terrorçu üzərində daşıdığı tapança ilə Vasif Tağıyevi çənəsindən yaralayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR