XİN-də Ekvatorial Qvineyanın nümayəndə heyəti ilə görüş keçirilib

XİN-də Ekvatorial Qvineyanın nümayəndə heyəti ilə görüş keçirilib
# 23 iyul 2019 17:57 (UTC +04:00)

Xarici İşlər naziri Elmar Məmmədyarov Ekvatorial Qvineyanın mədənçilik və hidrokarbon məsələləri üzrə dövlət katibi Santiaqo Mba Eneme Nsuqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, Santiaqo Mba Eneme Nsuqa bu il 27-29 noyabrda Ekvatorial Qvineyada keçiriləcək Qaz ixrac edən ölkələrin Forumunda iştirakla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış dəvət məktubunu ali ünvan sahibinə çatdırılması məqsədilə E. Məmmədyarova təqdim edib.

Dəvətə görə təşəkkürünü bildirən nazir E. Məmmədyarov məktubu Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcəyini bildirib.

Daha sonra, E. Məmmədyarov 2019-cu ilin oktyabr ayında Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Ekvatorial Qvineyadan yüksək səviyyəli nümayəndə heyətinin iştirakına ümidvar olduğunu diqqətə çatdırıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR