Yaponiyalı mer: Azərbaycanla əlaqələrin inkişafı üçün atılan addımlar müsbət nəticələr verir

Azərbaycan-Yaponiya

© APA | Azərbaycan-Yaponiya

# 25 noyabr 2022 13:30 (UTC +04:00)

Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin inkişaf etməsi üçün atılan addımlar hər zaman müsbət nəticələr verir.

APA xəbər verir ki, bunu Yaponiyanın Şika şəhərinin meri Masaru Koizumi Bakı Avropa liseyində təşkil olunmuş tədbir zamanı deyib.

O qeyd edib ki, Şika şəhəri ilə Bakının Xətai rayonu arasında dostluq müqaviləsi imzalanıb.

"Şika şəhəri Bakı şəhərinin Xətai rayonu ilə dostluq müqaviləsi imzalayıb, həmçinin şəhərimiz Tokio 2020 Olimpiya və Paralimpiya Oyunları zamanı Azərbaycan mili yığma komandası şəhərimizin qonağı olub. Bu amillər də iki ölkə arasında əlaqələrin və münasibətlərin inkişafına müsbət təsir göstərir", o deyib.

Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Takeya Yukihiro çıxışı zamanı qeyd edib ki, bu il Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunur.

"Ölkələrimizin təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlər qarşılıqlı münasibətlərin daha da inkişaf etməsinə təkan verir. Bu gün təşkil olunan tədbir də öz növbəsində hər iki ölkə xalqlarının bir birinin mədəniyyəti ilə tanış olmasına geniş imkanlar yaradır", o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR