Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
# 20 sentyabr 2019 03:10 (UTC +04:00)

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibi və Ticari Məsələlər İdarə Heyətinin sədri Yelizaveta Truss və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici və Birlik məsələləri ofisinin Avropa və Amerika üzrə naziri Kristofer Pinçer “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda müqavilənin imzalanmasının bütün dünyaya Azərbaycanın suveren və müstəqil dövlət olduğunu göstərdiyi bildirilib.

"Zati-aliləri.

1994-cü ildə Zati-aliləri Heydər Əliyev və Con Braun tərəfindən imzalanmış “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını bu məktubla təbrik etməkdən olduqca məmnunuq.

Həmin əhəmiyyətli gün hazırda ölkələrimizin malik olduğu sıx siyasi və ticari münasibətlərin başlanması kimi yadda qaldı. Son iyirmi beş il ərzində BP-nin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə tərəfdaşlığı çox böyük uğurla nəticələndi və digərlərinə nümunə olan, enerji sektorunda əməkdaşlıqda məmnunluq doğuran misaldır. 2017-ci ildə müqavilənin uzadılması həmin tarixi tərəfdaşlığın gələn onilliklər ərzində inkişafını təmin edir.

Müqavilənin imzalanması bütün dünyaya göstərdi ki, Azərbaycan suveren və müstəqil dövlətdir, ölkənin təbii ehtiyatları tamhüquqlu şəkildə Azərbaycan xalqına məxsusdur. Cənub Qaz Dəhlizinin tamamlanması ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsini davam etdirəcək.

Biz daim güclənən davamlı əməkdaşlığımızı səmimiyyətlə arzulayırıq və bu cür tarixi məqamı mümkün etdiyinizə görə Sizi, Azərbaycan hökumətini, Azərbaycan xalqını, SOCAR-ı, BP-ni və Birləşmiş Krallığın işgüzar dairələrini bir daha təbrik edirik", - deyə məktubda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR