Zaxarova: “Azərbaycan-Ermənistan ikitərəfli komissiyanın yaradılmasının tərəfdarıyıq”

Zaxarova: “Azərbaycan-Ermənistan ikitərəfli komissiyanın yaradılmasının tərəfdarıyıq”
# 18 may 2022 19:12 (UTC +04:00)

Rusiya Azərbaycan-Ermənistan sərhədinin demarkasiya və delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılmasının tərəfdarıdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, rəsmi Moskva Rusiyanın məşvərətçi yardımı ilə ikitərəfli komissiyanın yaradılması barədə ardıcıl çıxış edir: "Prosesə başlamaq üçün liderlərin 26 noyabr 2021-ci il tarixli Soçi razılaşmasında qeyd olunduğu kimi iki ölkənin sərhədində sabitlik və təhlükəsizliyin səviyyəsini qaldırmaq üçün addımlar atmaq lazımdır. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının Düşənbədə keçirilən üçtərəfli görüşündə də müzakirə olunub. Tərəflər məlumat verdilər ki, onlar komissiyaların milli nümayəndə heyətlərinin formalaşdırılması prosesinin sonuna yaxındırlar. Rusiya öz ekspert komandasını artıq formalaşdırıb. Ümid edirik ki, yaxın vaxtlarda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı praktiki işə başlamağa nail olunacaq. Əminik ki, hər cür sərhədyanı insidentin qarşısını almaq üçün Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı komissiyanın işə başlaması tələb olunur. Bu komissiyanın çərçivəsində etimadın yüksəldilməsi üçün mexanizmləri formalaşdırmaq olar. Misal üçün, sərhədyanı rayonlarda sabit vəziyyəti təmin eymək üçün təmas qrupu yaradıla bilər və s.", - Zaxarova deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR