Zaxarova Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib: "Şokdayam"

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 27 yanvar 2023 11:16 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib.

APA xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb. Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk! Daha sonra bu məsələ ilə bağlı ətraflı şərh verəcəyik”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR