Zaxarova: Soçidə Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olmayıb

Zaxarova: Soçidə Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olmayıb
# 02 noyabr 2022 15:36 (UTC +04:00)

Soçidə Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları nümayəndə heyətlərinin görüşü və danışıqları olmayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçidə görüşü zamanı üç ölkənin xarici işlər nazirləri söhbət ediblər, təmasda olublar: “Bu, nümayəndə heyətlərinin görüşü və danışıqları deyildi. Əlbəttə ki, bu söhbət liderlərin apardığı danışıqlar kontekstində baş tutub”.

Qeyd edək ki, oktyabrın 31-də Kremlin mətbuat katibi Dmitri Peskov Soçidə Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirildiyini açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR