Ziyafət Əsgərov: Fransa Azərbaycanın qaçqın və məcburi köçkünlərinin taleyinə niyə biganə idi? - VİDEO

Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

© APA | Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

# 02 dekabr 2022 11:19 (UTC +04:00)

“Fransanın Milli Assambleyası yenə də riyakarlıq göstərərək Senatın qəbul etdiyi qətnaməni kopyaladı”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Deputat bildirib ki, riyakarlığın ən yüksək nümunəsi Fransa Xarici İşlər Nazirliyinin verdiyi bəyanat idi: “Fransa Prezidenti Emmanuel Makron 44 günlük Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul olunmasını təklif edib. Özü də 2 dəfə! Bizi o zaman BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatının üzvləri müdafiə etmişdi. 2 gün bundan əvvəl qəbul edilmiş qətnamənin mətnində erməni abidələri və Qarabağda yaşayan ermənilərin taleyinə yanırlar. Qarabağda hansı erməni abidəsi var?! Olan abidələr alban abidələridir, hamısını erməniləşdiriblər. Ermənilər Qarabağda abidə qoyub? Hamısını dağıdıblar. Ermənilərin taleyindən narahatdırlar, bəs 30 ildir Azərbaycanın 1 milyona yaxın qaçqın və məcburi köçkününün taleyinə niyə biganə idilər?! Niyə qoymursunuz Ermənistan və Azərbaycan sülh danışıqlarını aparsın?! Azərbaycanı erməni tarixi abidələrini dağıtmaqda günahlandırırlar. Böhtandır, yalandır. Bu gün Afrikanın 14 ölkəsi Fransanın dövlət büdcəsinə vergi verir. Budur sənin ədalətin?! Bilin və agah olun. Həddinizi aşmayın Fransa Prezidenti və Fransa senatı!”

Sədr Sahibə Qafarova bildirib ki, Azərbaycan heç bir erməni abidəsini dağıtmayıb: “Siz tamamilə doğru deyirsiniz. 30 ildir azərbaycanlılar orada yaşamayıb. O zaman bu abidələri necə dağıda bilərdilər?!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR