Zurabişvili: “Ukrayna, Moldova və Gürcüstan gələcəyini Avropa İttifaqında görür”

Salome Zurabişvili

© APA | Salome Zurabişvili

# 16 iyun 2022 11:35 (UTC +04:00)

“Ukrayna, Moldova və Gürcüstan gələcəyini Avropa İttifaqında görür. Bu üç ölkə Avropa İttifaqına assosiativ üzvlərdir”.

APA xəbər verir ki, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində Gürcüstanın Prezidenti Salome Zurabişvili bildirib.

Gürcüstanın Prezidenti deyib ki, kiminsə geopolitik axtarışları yolverilməzdir: “Gürcüstan sabah qadınların beynəlxalq konfransını təşkil edəcək. Mən əminəm ki, biz bu münaqişələrə yaradıcı yanaşmaqla çıxış yolları tapmalıyıq. Yeni yaradılan qlobal dünya nizamında öz dəyərlərimizi qorumalı və beynəlxalq əməkdaşlığı gücləndirməliyik”.

Salome Zurabişvili Forumun təşkilinə görə Azərbaycana təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR