“Vişeqrad qrupu” ölkələri XİN nümayəndə heyəti Azərbaycanda səfərdədir

“Vişeqrad qrupu” ölkələri XİN nümayəndə heyəti Azərbaycanda səfərdədir
# 27 noyabr 2019 16:21 (UTC +04:00)

“Vişeqrad qrupu” (Polşa, Çexiya, Slovakiya və Macarıstan) ölkələrinin Xarici İşlər nazirliklərindən (XİN) olan nümayəndə heyəti Azərbaycanda səfərdədir.

APA-nın xəbərinə görə, səfər zamanı nümayəndə heyətinin üzvləri bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə enerji təhlükəsizliyi, Avropa İttifaqı-Azərbaycan münasibətləri, qonşu ölkələrlə əlaqələr müzakirə olunacaq.

Qeyd edək ki, “Vişeqrad qrupu”nun məqsədi Polşa, Çexiya, Slovakiya və Macarıstan arasında hərbi, iqtisadi və enerji sahəsində əməkdaşlığı daha da yaxınlaşdırmaqdır. “Vişeqrad qrupu”nun əsası 1991-ci ildə Çexoslovakiya, Macarıstan və Polşa tərəfindən qoyulub. 1993-cü ildə Çexoslovakiyanın parçalanmasından sonra “Vişeqrad qrupu”nun üzvlərinin sayı 4-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR