ABŞ Səfirliyi Silahlı Qüvvələr günü münasibətilə Azərbaycanı təbrik edib

ABŞ Səfirliyi Silahlı Qüvvələr günü münasibətilə Azərbaycanı təbrik edib
# 26 iyun 2020 12:09 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, Səfirliyin "Facebook" səhifəsindəki paylaşımda yazılıb: “Bu gün biz Azərbaycanın Silahlı Qüvvələr Gününü qeyd etməkdə sizə qoşuluruq. Amerikalı və azərbaycanlı hərbçilər illər boyu istər Əfqanıstanın gələcəyi naminə, istərsə də, NATO təlimlərində birgə çiyin-çiyinə çalışıblar. Birlikdə biz bir çox terrorizm və narkotik alverinə qarşı mübarizə aparmışıq, regionda və dünyada sülh naminə çox çalışmışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR