ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının üzvü hesabatda Azərbaycanla bağlı qeyri-obyektiv məqamlara etiraz edib

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının üzvü hesabatda Azərbaycanla bağlı qeyri-obyektiv məqamlara etiraz edib
# 29 aprel 2020 17:43 (UTC +04:00)

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (USCİRF) növbəti illik hesabatını yayıb.

APA-nın Komissiyanın saytına istinadən verdiyi xəbərə görə, hesabatda dini azadlıqların qorunması sahəsində Azərbaycanın qonşu ölkələrdən daha çox nailiyyətlər əldə etdiyi qeyd olunub.

Komissiyanın 9 üzvündən biri Coni Mur ötən illərdə olduğu kimi, bu il də hesabatın Azərbaycana dair hissəsində bəzi qeyri-obyektiv və həqiqəti əks etdirməyən məqamlarla razılaşmayaraq öz xüsusi rəyini açıqlayıb və bu mövqe hesabata daxil edilib.

Coni Mur Azərbaycanın bu hesabata daxil edilməsini düzgün hesab etməyib. O Azərbaycanda sünni və şiə məzhəbinə aid nümayəndələrinin birlikdə ibadət etdiklərini, Evangelist və Rus Ortadoks nümayəndələrinin birlikdə xidmət etdiklərini və yəhudi icmasının tam azad və təhlükəsiz şəraitdə yaşadığını qeyd edib.

Həmçinin, C.Mur Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına bamayaraq, hindu liderlərinin Azərbaycanda qonaq edildiklərini, İranla həmsərhəd olan Azərbaycanın əhalisinin əksəriyyətinin şiə olmasına baxmaraq İsraillə ictimai və diplomatik əlaqələrinin olmasını xüsusi qeyd edib.

C. Mur hesab edir ki, dini etiqad azadlığına malik icmalar dövlətin zorakılıq, dini ekstremizim və milli təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almalı və özbaşnalığa yol verməməlidir. Sonda o, Ermənistanla Azərbaycan arasında sülhün tezliklə əldə olunmasının zəruriliyini qeyd edib.

C.Murun sözügedən mövqeyi USCİR hesabatının əlavəsi kimi dərc olunub.

Qeyd edək ki, hesabatda ABŞ Dövlət Departamentinin xüsusi nəzarət üçün təklif edilən ölkələr siyahısına Azərbaycan da əlavə edilib. Siyahıya Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, İndoneziya, Malayziya, Cənubi Afrika Respublikası və bir sıra ölkələrin adları əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR