ABŞ mətbuatında Xocalı həqiqətləri ilə bağlı geniş məlumatlar dərc olunub

ABŞ mətbuatında Xocalı həqiqətləri ilə bağlı geniş məlumatlar dərc olunub
  • Clock-gray 06:41
  • calendar-gray 27 Fevral 2021

Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Xocalı qətliamının 29-cu ildönümü ilə bağlı müvafiq bəyanat "PR Newswire" şirkəti vasitəsilə ABŞ mətbuatında geniş yayımlanıb.

Səfirlikdən APA-ya verilən məlumata görə, sözügedən məlumat 60-dan artıq, o cümlədən "Associated Press", "Yahoo" kimi böyük oxucu kütləsi olan şəbəkələrdə dərc edilib.

Məlumatda, "Human Rights Watch" hesabatına istinad olunaraq, Xocalı azərbaycanlı mülki əhalinin ən böyük qətliamı adlandırılıb. Qeyd olunub ki, 26 fevral 1992-cı ildə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı vasitəsilə Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdiyi kütləvi hücum nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca da daxil olmaqla, xüsusi qəddarlıqla qətlə yetirilib. 2020-ci ildə Ermənistanın hərbi əməliyyatlar zonasından kənarda yerləşən Azərbaycanın Bərdə, Gəncə və Tərtər şəhərlərinə raket və ağır artilleriya hücumları nəticəsində 100-dən çox mülki vətəndaş qətlə yetirilməsi və 423 insanın ağır yaralanması barədə məlumatlar verilib.

Xocalı faciəsininin və müharibə zamanı cinayətlər törədən şəxslərin bu günədək cəzalandırılmadığı vurğulanıb. Xocalı qurbanlarının xatirəsinin anılmasının ədalət, məsuliyyətə cəlb edilmə və davamlı sülh üçün əsas amil olduğu qeyd edilib. Xocalıya ədalət tələb olunub.

apa-logo-mini

Digər xəbərlər