ABŞ səfiri: "Azərbaycanın müstəqilliyinə və suverenliyinə böyük hörmətimiz var"

ABŞ səfiri: "Azərbaycanın müstəqilliyinə və suverenliyinə böyük hörmətimiz var"
  • Clock-gray 11:27
  • calendar-gray 13 Dekabr 2019

"Səfir olaraq prioritetim Azərbaycanda olduğum müddətdə Azərbaycan-ABŞ əlaqələrinin hər bir sahəsində uğurumuzu davam etdirməkdir".

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer bildirib. O qeyd edib ki, prioritetlərdən biri də yalnız hökumətlərarası deyil, insanlar arasında əlaqələri inkişaf etdirməkdir: "Məmnunluqla qeyd edirəm ki, bir çox sahələrdə böyük nailiyyətlərimiz var. Bu nailiyyətlərdən biri odur ki, Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov bu yaxınlarda kənd təsərrüfatı forumunda iştirak etmək üçün ABŞ-a səfər edib. Orada biz ticarət, biznes və kənd təsərrüfatı sahəsində bilik və təcrübə mübadiləsinə razılaşmışıq. Azərbaycanla təhlükəsizlik sahəsində də əməkdaşlığımızı davam etdirərək, onun suverenliyinə, müstəqilliyinə böyük hörmətimizi ifadə edirik. Eyni zamanda vətəndaşlar arasında xüsusilə təhsil sahəsində olan mübadilə proqramlarını uğurla davam etdiririk. Ümid edirik ki, Azərbaycanda ingilis dilində tədris sahəsində müəyyən nailiyyətlərə nail olacağıq".

Günay Elşadqızı

Digər xəbərlər