Aİ Komissarı: "Azərbaycanla enerji, ticarət, investisiya sahəsindəki əməkdaşlığımızı müzakirə etdik"

Aİ Komissarı: "Azərbaycanla enerji, ticarət, investisiya sahəsindəki əməkdaşlığımızı müzakirə etdik"
# 18 dekabr 2020 18:43 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında müzakirə olunan məsələləri qeyd edib.

APA-nın xəbərinə görə, Oliver Varhelyi bu barədə "Twitter"də bildirib.

"Azərbaycanla Əməkdaşlıq Şurasınn iclasında enerji, ticarət, investisiya və əlaqələnmə sahəsindəki əməkdaşlığımızı müzakirə etdik.

COVID-19 pandemiyası kontekstində, insanların həyatını və dolanışıqlarını qorumaq və iqtisadi bərpa üçün göstərilən səyləri dəstəkləməyə davam edirik", - deyə Aİ diplomatı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR