Aİ Komissarının “Şərq Tərəfdaşlığı” ölkələri XİN başçıları ilə videokonfrans formatında görüşü keçiriləcək

Aİ Komissarının “Şərq Tərəfdaşlığı” ölkələri XİN başçıları ilə videokonfrans formatında görüşü keçiriləcək
# 30 iyun 2020 11:04 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheylinin “Şərq Tərəfdaşlığı” ölkələri Xarici İşlər nazirləri ilə videokonfrans formatında görüşü keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək” mövzusunda onlayn konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, O. Varheylinin “Şərq Tərəfdaşlığı” ölkələri XİN başçıları ilə videokonfrans formatında görüşü sabah keçiriləcək.

K. Yankauskas qeyd edib ki, virtual konfransın keçirilməsində məqsəd 2021-ci ilin martında Brüsseldə baş tutacaq “Şərq Tərəfdaşlığı” ölkələri liderlərinin üzbəüz görüşü üçün hədəflərin müəyyənləşdirilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR