Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir
# 12 fevral 2020 23:30 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana gəlir.

APA-nın xəbərinə görə, Toivo Klaar bu barədə "Twitter"də bildirib.

"Mənim ATƏT və BMT-dən olan həmsədrlərlə birlikdə Tbilisi və Sxinvalidə ikigünlük görüşlərim başa çatdı. Cənubi Osetiyada təhlükəsizlik və keçid məntəqələrinin bağlanmasına dair vacib müzakirələr keçirildi. İndi isə Azərbaycana yola düşəcəm", - deyə Aİ-nin xüsusi nümayəndəsi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR