Aİ-nin XİN başçıları "Şərq Tərəfdaşlığı"nı müzakirə edəcəklər

Aİ-nin XİN başçıları "Şərq Tərəfdaşlığı"nı müzakirə edəcəklər
# 20 aprel 2020 16:32 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici İşlər nazirləri COVİD-19 pandemiyası fonunda "Şərq Tərəfdaşlığı" siyasətini müzakirə edəcəklər.

APA-nın xəbərinə görə, müzakirə aprelin 22-də videokonfrans formatında baş tutacaq.

Eyni zamanda, nazirlər hazırkı beynəlxalq siyasi vəziyyəti, COVİD-19 pandemiyasına qarşı cavab tədbirləri və Liviyadakı son vəziyyət ətrafında da müzakirə aparacaqlar.

Videokonfransa sədrliyi Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR