Aİ səfiri: “İnanırıq ki, nəhayət, əməkdaşlıq vasitəsilə regionda sülh bərqərar olacaq”

Aİ səfiri: “İnanırıq ki, nəhayət, əməkdaşlıq vasitəsilə regionda sülh bərqərar olacaq”
  • Clock-gray 13:04
  • calendar-gray 18 Fevral 2021

“Dünyada əksər insanlar Avropa İttifaqını (Aİ) iqtisadi təşkilat kimi görür. Əslində isə Avropa İttifaqı İkinci Dünya müharibəsindən sonra bir sülh təşəbbüsü kimi yaradılıb”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas onlayn mətbuat konfransında deyib.

O bildirib ki, müxtəlif sahələrdə birgə əməkdaşlıq edilərək uzunmüddətli sülhə nail olunub: “Biz bu təcrübəni bölüşməyə hazırıq. Düşünürəm ki, Azərbaycan bu təcrübədən faydalana bilər. İnanırıq ki, nəhayət, əməkdaşlıq vasitəsilə biz bu regionda münaqişələr olmadan sülh və inkişafı görəcəyik. İstəyirik ki, regionda qarşılıqlı fəal diplomatik münasibətlər qurulsun, sərhədlər açılsın, nəqliyyat sahəsində əməkdaşlıq aparılsın. Eyni zamanda, regionda yaşayan icmalar da sülh şəraitində yaşasın, inkişaf etsin. Biz inanırıq ki, başlatdığımız, həyata keçirdiyimiz layihələr sərhədləri aşacaq, regional layihələr olacaq. Bizim əməkdaşlıq edəcəyimiz çox sahələr var - iqlim dəyişikliyi, nəqliyyat, enerji, su ehtiyatlarının idarə olunması və s.”.

Aİ səfiri qeyd edib ki, təşkilatın Cənubi Qafqazla aktiv işləyən xüsusi nümayəndəsi var: “Düşünürəm ki, bütün bu məsələlərə baxış imkanı yaradan təşəbbüs formalaşıb. Bu, bərpa və sülh quruculuğunun qiymətləndirilməsi təşəbbüsüdür. Bununla bağlı bizim BMT, Dünya Bankı və hökumətlə iş birliyimiz var”.

Zümrüd Paşkin

Digər xəbərlər