AŞ-nın Bakı Ofisinin rəhbəri seçkilər dövründə əməkdaşlığa görə Azərbaycana təşəkkür edib

AŞ-nın Bakı Ofisinin rəhbəri seçkilər dövründə əməkdaşlığa görə Azərbaycana təşəkkür edib
# 16 yanvar 2020 11:09 (UTC +04:00)

“Seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır”.

APA-nın məlumatına görə, bunu bu gün "Seçkinin mediada isıqlandırılması" mövzusunda keçirilən informasiya sessiyasında Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes bildirib.

Zoltan Hernyes deyib ki, Avropa Şurası seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə tövsiyələr verib: “Bu tövsiyələr əsasən, medianın rolu ilə bağlıdır. Media üçün şərait yaradılmalıdır. Başqa sözlə, həm dövlət, həm də özəl media qurumları seçki prosesinə cəlb olunmalıdır. Həm seçkilərdən öncə, həm seçki zamanı, həm də seçkilərdən sonra media bu prosesdə fəal iştirak etməlidir. Eyni zamanda biz Azərbaycan tərəfinə, o cümlədən Prezident Administrasiyasına, MSK-ya Mətbuat Şurasına və digər qurumlara seçkilər dövründə bizimlə əməkdaşlığa görə təşəkkür edirik”.

Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri qeyd edib ki, seçki dövründə mühüm məsələlərdən biri də gender bərabərliyidir: “Gender bərabərliyi həmişə müzakirə mövzusu olub. Gender bərabərliyinin təmin olunması mühüm əhəmiyyətə malikdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR