AŞPA Azərbaycan nümayəndə heyətinin tərkibini və səlahiyyətlərini təsdiqləyib

AŞPA Azərbaycan nümayəndə heyətinin tərkibini və səlahiyyətlərini təsdiqləyib
# 30 aprel 2020 18:09 (UTC +04:00)

Bu gün Avropa Şurası Daimi Komitəsinin onlayn formatda iclası keçirilib.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Asim Mollazadə bildirib.

A. Mollazadə deyib ki, onlayn iclasda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi və səlahiyyətləri təsdiqlənib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov (nümayəndə heyətinin rəhbəri), Kamal Cəfərov (nümayəndə heyəti rəhbərinin müavini), Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa, Asim Mollazadə daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR