AŞPA Prezidenti Azərbaycana səfər edəcək

AŞPA Prezidenti Azərbaycana səfər edəcək
# 12 mart 2020 17:55 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Rik Daems Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, bu barədə AŞPA Prezidenti Milli Məclisin yeni Sədri Sahibə Qafarovaya ünvanladığı təbrik məktubunda bildirib.

R. Daems qeyd edib ki, Azərbaycanla səmimi əməkdaşlığa inanır.

“Avropa Şurasına üzv olan hər bir dövlətə səfər etməyi nəzərdə tuturam. Ümid edirəm ki, tezliklə Bakıda görüşmək imkanımız olacaq”, - deyə R. Daems vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR