AŞPA-da Azərbaycan üzrə hesabat qəbul olunub

AŞPA-da Azərbaycan üzrə hesabat qəbul olunub
# 30 yanvar 2020 15:53 (UTC +04:00)

AŞPA-da Azərbaycanda siyasi məhbuslara dair hesabat qəbul edilib.

APA-nın Avropa müxbirinin verdiyi xəbərə görə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası zamanı məruzəçi Torhildur Sunna Evarsdottirin Azərbaycanda siyasi məhbuslara dair hazırladığı hesabat qəbul olunub.

Hesabatda Azərbaycanın penitensiar, cəza ədliyyəsi və məhkəmə sistemində islahatlar aparmaq üçün atdığı addımlar alqışlansa da, bunun Avropa İnsan Haqları Məhkəməsi standartları ilə tam uyğunluğu üçün Azərbaycan hökumətinə bir sıra addımlar atması tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR