AŞPA-nın sessiyası çərçivəsində 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək

AŞPA-nın sessiyası çərçivəsində 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək
  • Clock-gray 14:42
  • calendar-gray 25 Yanvar 2020

Yanvarın 28-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək.

Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, yanvarın 27-dən 31-dək Fransanın Strasburq şəhərində AŞPA-nın qış sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov, Asim Mollazadə, Sabir Hacıyev və Naqif Həmzəyev daxildirlər.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date