Afinada QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Afinada QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
# 13 dekabr 2019 11:43 (UTC +04:00)

Yunanıstanın paytaxtı Afinada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) ali orqanı olan Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nazirlər Şurasının iclasında Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev iştirak edir.

Qeyd edək ki, dekabrın 31-də Yunanıstanın təşkilata sədrlik müddəti başa çatır. Yunanıstan 2019-cu ilin iyulundan QDİƏT-ə sədrlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR