Ağ Evin “Qadınların Qlobal İnkişafı və Rifahı Naminə” Fondu Azərbaycana 2 milyon dollar ayırıb

Ağ Evin “Qadınların Qlobal İnkişafı və Rifahı Naminə” Fondu Azərbaycana 2 milyon dollar ayırıb
# 19 avqust 2020 14:24 (UTC +04:00)

ABŞ Prezidenti Tramp tərəfindən 2019-cu ilin fevralında təsis edilən və Ağ Evin rəhbərliyi ilə həyata keçirilən “Qadınların Qlobal İnkişafı və Rifahı Naminə” Təşəbbüsü (W-GDP) çərçivəsində yeni fəaliyyətlər və tərəfdaşlıqlar üçün 122 milyon ABŞ dolları ayrılıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu barədə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun müavini Bonni Qlik, ABŞ-ın Dövlət Departamentinin Katibinin Müavini Stiven Biequn və ABŞ Prezidentinin Məsləhətçisi İvanka Trampın birgə bəyanatında bildirilir.

W-GDP fondundan ayrılmış 2 milyon ABŞ dolları dəyərində vəsait isə Azərbaycanda fəaliyyət göstərən USAID təşkilatına qadınlar tərəfindən idarə olunan və qadınlara yönəlmiş biznes və peşəkar assosiasiyaların imkanlarının artırılmasına yardım edəcək.

Məlumatda bildirilir ki, sözügedən platformalar biznes sahəsində çalışan qadınlara öz sözlərini deməyə habelə onlara təlim, resurslar və bazarlara kollektiv çıxış əldə etməyə yardım edəcək.

W-GDP fondu sahibkar qadınlara bazarlara, maliyyə mənbələrinə və şəbəkələrə, təlim və digər resursları əldə etməyə imkan yaradır. Qadınlar əldə etdikləri bu bacarıqlar sayəsində yeni biznesə başlamaq və onun inkişafı ilə bağlı çətinliklərin aradan qaldırılmaq imkanını əldə edəcək.

ABŞ Prezidentinin məsləhətçisi İvanka Tramp bildirib ki, W-GDP fondu qadınların iqtisadi zənginliyinin artmasına xidmət edən proqramların maliyyələşdirilməsi və inkişafı üçün yaradılıb: “Biz ABŞ hökumətinin və özəl sektorun resurs və təcrübəsindən istifadə edərək, fəaliyyətlərin həyata keçirildiyi icmalarda davamlı və dərin səmərə verməsini təmin edirik”.

Məlumatda deyilir ki, bu il Azərbaycan dünyanın 60-dan çox dövlətinə qatılaraq W-GDP təşəbbüsünün irəliləməsinə təkan verib. W-GDP təşəbbüsü qadınlara, həm iqtisadiyyatda iştirak, həm də rifahın və milli təhlükəsizliyin irəliləməsi sahəsində imkanları artırır. İqtisadi baxımdan zəngin imkanlara malik qadınlar öz ailə və icmalarına yenidən sərmayələr yatıraraq, qlobal sülh və sabitliyə təkan verən iqtisadi artıma töhfə verirlər.

Qeyd edək ki, 2019-cu ilin fevralında Ağ Ev qadınların iqtisadı imkanlarını gücləndirməsinə xidmət edən və Birləşmiş Ştatların hökuməti tərəfindən tam həyata keçirilən ilk layihəsini - Qadınların Qlobal İnkişafı və Rifahı Naminə (W-GDP) Təşəbbüsünü təsis edib. Qadınların iş yerlərində inkişafı, sahibkar qadınların rifahının artması, və qadınların iqtisadiyyatda rolunun güclənməsi kimi üç əsas istiqamətə yönəlmiş W-GDP Təşəbbüsünün məqsədi 2025-ci ildə inkişaf edən dövlətlərdə yaşayan 50 milyon qadını əhatə etməkdən ibarətdir. W-GDP təşəbbüsü yeni innovasiya fonduna təkan verərək sözügedən üç istiqamətə yönəlmiş özəl-ictimai tərəfdaşlığı inkişaf etdirir. Keçirildiyi ilk ildə W-GDP Təşəbbüsü dünyanın müxtəlif dövlətlərində yaşayan 12 milyon qadını əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR