Ali Erbaş Şuşanın işğaldan azad olunması və Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib

Ali Erbaş Şuşanın işğaldan azad olunması və Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib
# 10 noyabr 2020 14:18 (UTC +04:00)

"Qarabağın ürəyi olan Şuşanın işğaldan azad olunması və Qələbə münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edirəm".

APA-nın məlumatına görə, bunu "Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, İslamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü" mövzusunda keçirilən onlayn beynəlxalq konfransda Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanı Ali Erbaş bildirib.

O, bu zəfərlərin davamlı olmasını arzu edib: "Beynəlxalq hüququ, insani, vicdani və əxlaqi əsasları heçə sayan, günahsız sivillərin qanını tökən, mülki binaları hədəf alan Ermənistanın həyata keçirdiyi terrorları lənətləyirəm. Eyni tarix, din, mədəniyyətin mənsubu olduğumuz dost və qardaş Azərbaycan xalqı ilə bir ürək halındayıq. Azərbaycanın haqlı mübarizəsində daima yanında olmağa davam edəcəyik. İşğaldan azad olunmuş ərazilərdə azanlar oxunacaq və qiyamətə qədər bu azanlar Qarabağ torpaqlarından susmayacaq, Azərbaycan bayraqları Qarabağ torpaqlarından enməyəcək. Bu savaşda canını qurban verən bütün şəhidlərə rəhmət, yaralılara şəfa diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR