Amerika Azərbaycan Şəbəkəsi erməni deputata etiraz məqsədilə məktub kampaniyasına başlayıb

Amerika Azərbaycan Şəbəkəsi erməni deputata etiraz məqsədilə məktub kampaniyasına başlayıb
# 12 oktyabr 2020 20:24 (UTC +04:00)

Azərbaycanın ərazi bütövlüyünü və mülki vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə cəbhədə işğalçı Ermənistan ordusuna layiqli cavab verməsini həzm edə bilməyən erməni lobbisi bütün vasitələrlə ölkəmizə qarşı addımlar atmağa, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bu məqsədlə ABŞ-ın Miçiqan ştatında erməni mənşəli deputat Mari Manukyan tərəfindən hazırlanmış HR 0319 saylı qətnamə ştatın Nümayəndələr Palatasında qeydiyyata alınıb.

Amerika Azərbaycan Şəbəkəsi (USAN) artıq bu qanun layihəsinə etiraz olaraq məktub kampaniyasına başlayıb.

USAN-ın məktubunda qeyd edilir ki, erməni qrupları qanunvericilik orqanlarını oyun meydanları kimi istifadə edərək ABŞ, Türkiyə və Azərbaycan arasında münasibətlərə xələl gətirməyə çalışırlar. Manukyanın təqdim etdiyi qətnamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə faktlar təhrif olunub, Ermənistanın təcavüzü və Azərbaycan ərazilərinin işğal olunması faktı qəsdən göstərilməyib. Qətnamədə işğalçı Ermənistanda və Dağlıq Qarabağın separatçı rejimində baş verənlərə ABŞ-ın milli maraqlarının və xarici siyasətinin pozulması kimi don geyindirməyə cəhd olunur.

USAN hər kəsi Miçiqan ştatının qanunverici orqanına etiraz məktubları və tvitlər göndərməyə, bütün seçkili vəzifəli şəxsləri məlumatlandırmağa və deputat Mari Manukyanın hərəkətlərini pisləməyə çağırış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR