Ankarada Heydər Əliyevi anım tədbiri keçirilib

Ankarada Heydər Əliyevi anım tədbiri keçirilib
  • Clock-gray 14:54
  • calendar-gray 14 Dekabr 2020

Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki  Səfirliyi Ankarada anım tədbiri keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, Ankarada yerləşən Heydər Əliyev Parkında baş tutan tədbirdə ümummilli liderin abidəsi önünə əklil qoyulub.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Heydər Əliyevin siyasi fəaliyyətinin Azərbaycana gətirdiyi uğurlardan danışıb, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında və əldə edilən zəfərdə ümummilli liderin uzaqgörən siyasətinin rolunu qeyd edib.

Səfir Heydər Əliyevin həyata keçirdiyi  strategiyanın Azərbaycan və Türkiyə əlaqələrinin inkişafında da əsas rol oynadığını bildirib, Ulu Öndərin əziz xatirəsinin hər iki xalqın qəlbində əbədi yaşayacağını vurğulayıb.

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər