Avropa Parlamentinin Prezidenti: “Münaqişələr dondurulmuş qala bilməz”

Avropa Parlamentinin Prezidenti: “Münaqişələr dondurulmuş qala bilməz”
# 21 aprel 2021 13:13 (UTC +04:00)

“Ötən il Avropa Şurasına üzv olan iki ölkə arasında müharibə baş verdi. Bu onu göstərir ki, dövlətlər arasında münaqişələr dondurulmuş qala bilməz”.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Avropa Parlamentinin Prezidenti David Sassoli AŞPA-nın yaz sessiyası zamanı çıxışında deyib.

D. Sassoli çıxışında sülhün əhəmiyyətinə toxunaraq üzv dövlətləri bir-birlərinə dəstək olmağa çağırıb.

Qeyd edək ki, David Sassoli ötən il Avropa Şurasına üzv olan iki ölkə arasında müharibə baş verdiyini deyərkən, Azərbaycan və Ermənistan arasında müharibəni nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR