Avropa Parlamentinin vitse-prezỉdenti: “Azərbaycan daha güclü əlaqələr qurmaq istədiyimiz ölkələr sırasındadır”

Avropa Parlamentinin vitse-prezỉdenti: “Azərbaycan daha güclü əlaqələr qurmaq istədiyimiz ölkələr sırasındadır”
# 10 dekabr 2019 13:27 (UTC +04:00)

“Avropa Parlamentinin və Avropa Komissiyasının prioriteti Avropanın yenidən birləşdirilməsidir”.

Bunu Avropa Parlamentinin vitse-prezidenti Klara Dobrev APA-nın Gürcüstan bürosuna açıqlamasında deyib.

O bildirib ki, Avropa İttifaqı (Aİ) genişlənmə siyasətini bundan sonra da gücləndirmək niyyətindədir.

K. Dobrevin sözlərinə görə, Aİ ilə Azərbaycan arasında yeni saziş hər iki tərəfin marağındadır: “Əminliklə deyə bilərəm ki, Azərbaycan daha güclü əlaqələr qurmaq istədiyimiz ölkələr sırasındadır. Avropa İttifaqı ilə yaxınlaşmaq üçün müəyyən kriteriyalar var. Bu kriteriyalar demokratik seçkilər, insan haqları və s. ilə bağlıdır”.

Avropa Parlamentinin vitse-prezidenti qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması sülh yolu ilə mümkündür və bu istiqamətdə tərəflər qarşılıqlı kompromisə getməlidirlər.

“Həll edilməyən bütün münaqişələr inkişafı ləngidir. Hazırda güc yolu ilə münaqişələrin həlli mümkün deyil. Tərəflər bir-biri ilə dialoq yaratmalı, kompromisə getməyi bacarmalıdırlar”, - deyə K. Dobrev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR